Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl Harbiyedə verdiyi konsertlərdə çarpayı və stul xoreoqrafiyası ilə adından söz etdirən Hadisə indi də tamam başqa bir mövzu ilə gündəmə gəlib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni “Fırtınam” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.
Klip qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb. Hadisənin fotoşopsuz və filtrsiz kamera qarşısına keçdiyi videoda üz ifadəsi, cizgiləri, göz ətrafındakı qırışlar və ağır makiyaj izləyicilərin diqqətini çəkib.
Bəzi sosial şəbəkə istifadəçiləri Hadisənin videosuna “O, heç makiyaj etməyib”, “Üzündəki qırışlar çox görünür”, “Bu videoda onun qocaldığını hiss etdim” kimi şərhlər yazıblar.
Könül
Musavat.com
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ