Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən Çarli Kirkin anım mərasimində maraqlı çıxşla yadda qalıb.
Musavat.com xəbər verir ki, o, Kirkdən fərqli olaraq rəqiblərinə nifrət etdiyini bildirib: "O, nəcib və böyük məqsədi olan bir missioner idi. O, rəqiblərinə nifrət etmirdi və onlar üçün ən yaxşısını istəyirdi. Mən bu məsələdə Çarli ilə razı deyildim. Rəqiblərimə nifrət edirəm və onlara ən yaxşısını arzulamıram".
Tramp əlavə edib ki, Kirk “hər kəsi yaxşı, düzgün və həqiqi ideya və prinsiplərə inandırmaqda” maraqlı idi.
ABŞ prezidenti Amerikaya dini qaytaracağını da vəd edib. Bildirib ki, hazırda ABŞ cəmiyyəti buna böyük ehtiyac duyur.
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ