İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In: “Şimali Koreya yeni gizli silah əldə edib”

KXDR lideri Kim Çen In ölkəsinin müdafiə sənayesində mühüm irəliləyişlər əldə etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu barədə Xalqın Ali Məclisinin 13-cü sessiyasında çıxışı zamanı bildirib.

Kim Çen In vurğulayıb ki, Şimali Koreya artıq “yeni gizli silah” əldə edib və aparılan elmi-tədqiqat işləri ordunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq:

“Biz müdafiə elmi sahəsində çoxsaylı nailiyyətlərə imza atdıq və bunlar hərbi potensialımızın daha da inkişafına mühüm töhfə verəcək”.

Dövlət başçısı həmçinin yeni esmineslərin inşasını “dəniz dövləti olma yolunda atılan ilk mühüm addım” kimi dəyərləndirib. Bununla yanaşı, strateji qüvvələrin fasiləsiz gücləndirildiyini və mövcud seriyalı silahların xüsusiyyətlərinin yaxşılaşdırıldığını diqqətə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR