Onlayn ictimai-siyasi qəzet
Fransa Qəzzada müharibədən sonrakı dövrdə beynəlxalq sabitləşdirmə missiyasının yaradılmasını təklif edib.
Musavat.com xəbər verir ki, planın əsas məqsədi İsrail Müdafiə Ordusunun bölgədən çıxmasından sonra HƏMAS-ın mərhələli şəkildə tərk-silahı və təhlükəsizliyin tədricən Fələstin Administrasiyasına ötürülməsidir.
Təşəbbüs iyul ayında qəbul edilən beynəlxalq deklarasiyaya əsaslanır. Sənəd iki dövlətin yaradılmasını, HƏMAS-ın silahsızlaşdırılmasını və Qəzzada təhlükəsizliyə nəzarətin mərhələlərlə fələstinlilərə verilməsini nəzərdə tutur.
Layihədə iştirak edə biləcək ölkələrin adları da göstərilib: Misir, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər. Missiya BMT mandatı ilə fəaliyyət göstərəcək və vəziyyət imkan verdiyi anda işə başlayacaq.
Xatırladaq ki, iyul ayında Nyu-Yorkda qəbul edilən deklarasiya Qəzzada Fələstin Milli Administrasiyasının iştirakı ilə müvəqqəti beynəlxalq missiyanın yerləşdirilməsini nəzərdə tuturdu.
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ