İnsanlara hürriyət, millətlərə istiqlal!

Röya Ayxan və Zaur Kamalın əcaib VİDEOsu! “Mənim nəyimə lazımdır ağıllı olmaq?”- VİDEO

Xalq artisti Röya Ayxanla tanınmış aparıcı Zaur Kamal arasında efir zamanı baş verən səmimi dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, yayımlanan kadrlarda Xalq artistinin açıqlamaları aparıcının heyrətinə səbəb olub. Röya Ayxan aparıcının zarafatla verdiyi suallara cavab olaraq deyib:
“Mən niyə ağıllı olum? Nəyimə lazımdır ağıllı olmaq? Lazım deyil.”

Söhbət zamanı sənətçinin səhnədən və uzun çəkən konsert proqramlarından sonra özünü necə bərpa etməsi də maraq doğurub. Röya bildirib ki, hər çıxışdan sonra ayaqlarını buzlu vannaya salır və bir neçə dəqiqə ərzində o soyuq suda saxlayır. O, bu prosedurun onun üçün həm fiziki rahatlama, həm də bir növ alışqanlıq halı aldığını qeyd edib.

Zaur Kamal isə bu qeyri-adi vərdişə təəccüblə reaksiya verərək belə deyib:
“Adam dəli olar bunu eləyəndə.”

Röya isə yumorla cavab verib:
“Ədə, mən elə dəliyəm də. Nəyimə lazımdır ağıllı olmaq?”

Tamaşaçıların diqqətini çəkən bu səmimi dialoq və “buzlu su” proseduru sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş şəkildə paylaşılmağa başlanıb.

Musavat.com həmin maraqlı görüntüləri təqdim edir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR