Onlayn ictimai-siyasi qəzet
Rusiyanın qaz siyasətində Çin faktoru getdikcə daha qabarıq şəkildə özünü göstərir.
Musavat.com xəbər verir ki, ölkənin İqtisadi İnkişaf Nazirliyinin 2026–2028-ci illər üçün hazırladığı əsas proqnoza görə, Rusiya Çinə qaz ixracını təxminən 40% endirimlə həyata keçirəcək.
Avropaya: 1000 kubmetr qazın orta ixrac qiyməti 401,9 ABŞ dolları olacaq.
Çinə: eyni həcmdə qaz isə cəmi 248,7 ABŞ dollarına satılacaq.
Beləliklə, Pekin Avropa ölkələrinə nisbətən Rusiyadan xeyli ucuz qaz alacaq.
Rəsmi izahata görə, “Qazprom”un rəhbəri Aleksey Miller qiymət fərqini məsafənin qısalığı ilə əsaslandırıb. Onun sözlərinə görə, Çinə qaz tədarükü “obyektiv olaraq” daha ucuz başa gəlir. Miller həmçinin “Sibir Gücü – 2” qaz kəmərinin tikintisi üzrə razılığın əldə olunduğunu açıqlayıb.
Bu qərar Rusiyanın enerji siyasətində Asiya istiqamətinə dönüşünü bir daha təsdiqləyir. Avropada tələbin azalması və sanksiyaların sərtləşməsi fonunda Moskva Çini əsas alıcıya çevirir. Ucuz qiymət isə həm Pekinə güzəşt, həm də Avropaya qarşı siyasi mesaj kimi dəyərləndirilir.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ