İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türkiyə məhsulundan İMTİNA ETDİ - Ölkəyə BURAXMADI

Rusiya “Tuapse” dəniz limanı vasitəsilə Türkiyədən gətirilmiş 20,4 ton pomidor partiyasının ölkəyə buraxılmasına icazə verməyib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ( “Rosselxoznadzor”) məlumat yayıb.

Qurumun məlumatına görə, 4 iyun tarixində fitosanitar nəzarət zamanı “Rosselxoznadzor”un Cənub Vilayətlərarası İdarəsinin mütəxəssisləri pomidor partiyasında karantin zərərvericisi – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta) aşkar ediblər.

“Canlı nümunələrin olmasını Novorossiyskdə yerləşən Ümumrusiya Bitki Karantini Mərkəzinin filialı təsdiqləyib. Zərərverici Rusiyanın kənd təsərrüfatı üçün təhlükə yaratdığına görə məhsulun ölkəyə idxalına qadağa qoyulub. Güvənin Rusiya ərazisində yayılmasının qarşısını almaq məqsədilə məhsulun məhv edilməsi qərara alınıb”, – deyə məlumatda bildirilir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR