Onlayn ictimai-siyasi qəzet
Türkiyə Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərinin geri qaytarılacağı və ya başqa ölkəyə satılacağı ilə bağlı iddiaları rədd edib.
Musavat.com xəbər verir ki, Ankaradan “RIA Novosti”yə danışan mənbə yayılan məlumatları əsassız adlandırıb:
“Belə bir vəziyyət yoxdur”, – deyə bildirib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin "Nefes" qəzeti Rusiyanın "S-400" ləri geri almaq istədiyi, Türkiyənin isə bu ehtimalı nəzərdən keçirdiyi barədə məlumat yayıb.
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ