Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş əsgərlərinin ilk partiya cəsədlərini mübadilə nöqtəsinə çatdırıb. Bu proses İstanbulda əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, xüsusi təyin olunmuş “repatriasiya qatarları” bu gündən etibarən hərəkətə başlayır. Cəsədlərin təhvil verilməsi üçün Rusiya tərəfi Ukraynadan rəsmi təsdiq gözləyir.
Hadisə tərəflər arasında humanitar əsaslarla həyata keçirilən nadir əməkdaşlıq nümunələrindən biri kimi qiymətləndirilir. Hazırda qarşılıqlı təhvil prosesinin hansı formada və nə vaxt baş tutacağı gözlənilir.
İstanbul razılaşmasının detalları ictimaiyyətə açıqlanmasa da, müharibə zonasında həlak olmuş hərbçilərin cəsədlərinin geri qaytarılması hər iki tərəfdə emosional rezonans doğurub.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ