İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və ABŞ “Şimal Axını” ilə bağlı mühüm danışıqlar aparır – Avropaya qaz tədarükü bərpa oluna bilər!

Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli çərçivəsində Rusiya qazının Avropaya təkrar tədarükü məsələsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, "Reuters"-in məlumatına görə, bu danışıqlarda Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPI) rəhbəri Kirill Dmitriev iştirak ediblər.

Müzakirələr zamanı Vaşinqtonun, “Şimal Axını” qaz kəməri, Ukraynadakı qaz kəməri və ya “Qazprom” ilə əməkdaşlıq edərək Avropaya qaz tədarükünü bərpa etməsi ehtimalı müzakirə edilib. "Amerikanın şirkətləri həmçinin “Qazprom”dan qaz alıb, Avropaya satış həyata keçirə bilərlər",- deyə "Reuters" mənbələri bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR