Onlayn ictimai-siyasi qəzet
Altay Respublikasının Koş-Ağaç rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb .
Agentliyin məlumatına görə, təbii fəlakətin episentri Qızıl-Taş kəndindən 12 km cənub-şərqdə yerləşib.
"Zəlzələ Qoş-Ağaç, Ulaqan, Onquday rayonlarında və Qorno-Altaysk şəhərində hiss edilib”, - məlumatda deyilir.
Zəlzələ nəticəsində xəsarət alan olmayıb. Sosial əhəmiyyətli obyektlərə də heç bir ziyan dəyməyib, təbii fəlakət zonasında həyati təminat sistemləri normal rejimdə fəaliyyətini davam etdirir./Publika.az/
ŞƏRHLƏRŞƏRH YAZ