İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ABŞ və Ukrayna prezidentlərinin Vaşinqtondakı görüşünü şərh edərək, bunu “Zelenskinin triumfu” adlandırıb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkələrdəki hesablarında yazıb.

Saakaşvilyə görə, görüşün əsas mövzusu Ukraynaya ABŞ və Avropadan hərbi müdafiə zəmanətlərinin verilməsi olub. Saakaşvilinin fikrincə, bu, NATO-nun 5-ci maddəsinə bərabər təhlükəsizlik təminatı deməkdir.

Eks-prezident bildirib ki, Rusiya lideri Vladimir Putin Zelenski ilə görüşməyə razılaşıb, lakin əslində başqa çıxış yolu yoxdur: “Rusiya büdcəsi tarixində ən böyük kəsirlə üzləşib, ordusu hücuma keçə bilmir, əksinə, Ukrayna hücum əməliyyatlarına başlayıb. Putin sadəcə çalışır ki, müharibənin sonu onun məğlubiyyəti kimi görünməsin.”

“Ancaq bütün hallarda bu, Rusiyanın son yüz ildəki ən böyük məğlubiyyətidir və regionumuzda böyük dəyişikliklərə gətirib çıxaracaq,” – deyə Saakaşvili vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR