İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səbrimizin sərhədi var” – Əraqçidən Vaşinqtona son xəbərdarlıq

ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hava hücumu beynəlxalq hüquq müstəvisində ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Əbbas Əraqçi məsələ ilə bağlı rəsmi açıqlama verərək Tehranın öz maraqlarını qorumaq üçün bütün seçimləri açıq saxladığını bəyan edib.

Nazir bildirib ki, ABŞ — BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi — BMT Nizamnaməsini, beynəlxalq hüququ və Atom Silahlarının Yayılmaması Müqaviləsini kobud şəkildə pozub.

“Bu gün səhər baş verən hadisələr həm hüquqi, həm də insani baxımdan şok edicidir və uzunmüddətli nəticələr doğuracaq. ABŞ-ın bu cinayətkar və qanunsuz davranışı təkcə İran üçün deyil, BMT-nin bütün üzvləri üçün ciddi təhlükə siqnalıdır,” – deyə Əraqçi bildirib.

İran rəsmisi əlavə edib ki, ölkəsi BMT Nizamnaməsinin legitim özünümüdafiə hüququna əsaslanaraq, suverenliyini, xalqını və milli maraqlarını qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.

“İran İslam Respublikası ABŞ-ın bu təcavüzünə qarşı cavab vermək hüququnu özündə saxlayır. Hər bir dövlət kimi biz də öz ərazi bütövlüyümüzü qorumaq üçün bütün mümkün variantları nəzərdən keçiririk,” – deyə o vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR