Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatı Tramp administrasiyasından qanunvericilik orqanının təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməkdən çəkinməyi tələb edən qətnaməni qəbul etməyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Konqresin yuxarı palatasının qırx doqquz üzvü qətnamənin lehinə, 51 üzvü isə əleyhinə səs verib. Qətnamənin təsdiqlənməsi üçün səs çoxluğu tələb olunurdu.
Qətnamədə vurğulanır ki, Tramp administrasiyası Amerika qüvvələrinin "Konqres tərəfindən icazə verilməmiş Venesuelada və ya ona qarşı hərbi əməliyyatlarda" iştirak etməsinə icazə verməməlidir. Qətnamədə yalnız qanunverici orqanın müharibə elan etmək səlahiyyətinə malik olduğu vurğulanır. Bildirilir ki, "Konqres hələ Venesuelaya və ya Venesuelada hər hansı bir şəxsə və ya quruma müharibə elan etməyib və Venesuelada və ya ona qarşı hərbi güc tətbiq etməyə icazə verən heç bir qanunvericilik qəbul etməyib".
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ