İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərçə ovlamaq istədi, səhvən arvadını güllələdi – Goranboyda ağlasığmaz hadisə

Goranboy rayonunun Dəyirmanlar kəndində inanılmaz, eyni zamanda faciəvi bir hadisə baş verib. Ailəvi inanc ucbatından sərçə ovuna çıxan kişi ehtiyatsızlıq nəticəsində həyat yoldaşını güllələyib.

Musavat.com xəbər verir ki, ailənin əkiz övladları uzun müddətdir səhhət problemi yaşayırmış. Valideynlər isə quş ətinin – xüsusilə də sərçə ətinin – müalicəvi təsiri olduğuna inanaraq, özləri sərçə ovuna çıxıblar. Ancaq bu “təhlükəli müalicə üsulu” faciə ilə nəticələnib.

Hadisə zamanı kişi sərçə vurmaq istədiyi anda silahdan açılan atəş həyat yoldaşı, 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyevaya dəyib. Qadın qarın nahiyəsindən güllə yarası alaraq dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi ilkin məlumata görə, onun vəziyyəti orta-ağırdır, amma stabildir.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, güllə ehtiyatsızlıq nəticəsində atılıb.

Bu hadisə sosial mediada da böyük rezonans doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

15 May 2025

BÜTÜN XƏBƏRLƏR