İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya özbəkistanlı əmək miqrantlarını qəbul edəcək

Slovakiyanın baş naziri Robert Fiko iyunun 8-də Özbəkistana üç günlük səfərə gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bazar ertəsi “Kuksaroy” iqamətgahında R.Fiko ilə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəsmi görüşü olub.

Bildirilir ki, danışıqlar zamanı tərəflər ticarət, investisiya və innovasiyalar, kənd təsərrüfatı, sənaye, enerji, turizm və miqrasiya kimi prioritet sahələrə diqqət yetirməklə, çoxşaxəli Özbəkistan-Slovakiya əməkdaşlığının gələcək inkişafı məsələlərini ətraflı müzakirə ediblər.

Robert Fiko IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda da iştirak və çıxış edəcək.

Diplomatik fəallığın artması fonunda Brüsselin ümumi xətti ilə həmişə razılaşmayan bir qrup Avropa İttifaqı ölkəsi Özbəkistanla fəal şəkildə əlaqələr qurur. Onların arasında Macarıstan, bu yaxınlarda prezident Şavkat Mirziyoyevin səfər etdiyi Sloveniya və baş naziri Daşkəndə gələn Slovakiya da var.

Bu yaxınlarda Özbəkistan və Slovakiya arasında yeni əməkdaşlıq sahəsi - əmək miqrasiyası sahəsi əlavə olundu. Slovakiya tərəfi bu sahədə sistemli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib. İlk danışıqlar 3-6 mart 2025-ci il tarixlərində baş tutub. Özbəkistanın Miqrasiya Agentliyinin nümayəndə heyəti Slovakiyaya səfər edib və burada işə qəbul şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Qeyd edək ki, Özbəkistan əmək miqrantlarının Almaniya, Fransa və başqa Avropa ölkələrində işləməsi üçün səmərəli danışıqlar aparıb, müsbət nəticələr əldə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR