Onlayn ictimai-siyasi qəzet
Bunkerdə gizlənən İranın dini lideri Əli Xamenei öldürülmək təhlükəsindən ehtiyat etdiyi üçün bütün elektron əlaqəni kəsib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
"O, yalnız ən etibarlı bir nəfər vasitəsilə hərbi komandirlərlə əlaqə saxlayır. Çevriliş baş verəcəyi təqdirdə Rusiyaya qaçmaq üçün hazırlıqlara başlayıb", - məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, Xamenei yüksək rütbəli komandirlər öldürülərsə, onların yerini tuta biləcək şəxsləri əvvəlcədən təyin edib ki, hərbi komandanlıqda ardıcıllıq pozulmasın.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 20.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Bazar Xəbər” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ