Onlayn ictimai-siyasi qəzet
Dünyadakı insanların təxminən 10 faizinin solaxay olduğu məlumdur. Lakin bu nadir xüsusiyyət əsrlər boyu təkcə fərqli əl üstünlüyü kimi deyil, eyni zamanda cəmiyyətlərdə sosial qərəzlərin hədəfi kimi də tanınıb. İndi isə yeni bir elmi tədqiqat solaxaylarla bağlı maraqlı nəticələr ortaya çıxarıb.
"Psychological Bulletin" jurnalında dərc edilən genişmiqyaslı meta-analiz araşdırmasına əsasən, solaxay insanların bəzi nörogelişim pozğunluqlarına - xüsusən autizm, şizofreniya və disleksiya kimi dil funksiyaları ilə əlaqəli problemlərə - daha çox meylli olduqları müəyyən edilib.
Araşdırma nəticəsində məlum olub ki, solaxay və qarışıq əlliliyə malik şəxslərdə bu cür pozğunluqların rastgəlmə ehtimalı sağ əllilərə nisbətən daha yüksəkdir.
Dr. Packheiser bildirib: "Əllilik və dil funksiyaları beyində konkret sahələrə məxsus strukturlardır. Bu səbəbdən onların bir-biri ilə əlaqəli olması elmi cəhətdən məntiqlidir".
Tədqiqat həmçinin vurğulayır ki, bu əlaqə əsasən uşaqlıq və gənclik dövründə yaranan nevroloji pozğunluqlarla bağlıdır. Yetkinlik dövründə meydana çıxan depressiya kimi psixoloji problemlərlə isə birbaşa əlaqə tapılmayıb.**Milli.Az
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ