İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Şahin Şıxlinski axtarışa verildi

Azərbaycanın Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski Rusiya hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq axtarışa verilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiyanın E1 nəşrinə hüquqi proseslərlə tanış mənbə verib. Məlumatı ictimai fəal Vidadi Mustafayev də təsdiqləyib.

Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zorakılıq maddəsi ilə axtarılır. Qeyd edək ki, bir gün əvvəl onun oğlu da eyni maddə ilə həbs olunub.

Rusiya mətbuatı yazır ki, hazırda Şıxlinskinin harada olduğu tam dəqiqləşdirilməyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR