İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqları gərgin BAŞLADI

Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqların ikinci raundu başlamazdan əvvəl əl sıxmayıblar.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Əl sıxma olmayıb”, – deyə agentliyin həmsöhbəti bildirib.

Birbaşa danışıqların ikinci mərhələsi planlaşdırılan vaxtdan təxminən saat yarım sonra başlayıb.

Rusiya nümayəndə heyətinə yenidən prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Onunla birlikdə heyətə Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin, Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ukrayna nümayəndə heyətinə isə danışıqlarda yenidən müdafiə naziri Rustem Umerov başçılıq edir.

Ukrayna ilə sülh razılaşmasına dair ilk raund danışıqları bu il mayın 16-da İstanbulda keçirilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR