Onlayn ictimai-siyasi qəzet
Bu axşam keçiriləcək “Eurovision 2025” finalının qalibini əvvəlcədən proqnozlaşdırmağa çalışan “Eurovoix” platforması və “The Model” adlı süni intellekt əsaslı sistem yarışmanın qalibini elan edib.
Musavat.com xəbər verir ki, çoxsaylı hesablamalara əsaslanan bu süni intellekt proqnozuna görə, “Eurovision 2025”in qalibi İsveç olacaq.
Ölkəni KAJ qrupu və onların “Bara Bada Bastu” adlı mahnısı təmsil edir.
Bu, sadəcə bir təxmin deyil. Sistem müxtəlif məlumat mənbələrini – mərc əmsallarını, ictimai reytinqləri, əvvəlki illərin səsvermə modellərini və daha bir çox faktoru analiz edir. Həssaslığı o qədər yüksəkdir ki, nəticəni maksimum dəqiqliklə proqnozlaşdırmaq üçün hər detal nəzərə alınır.
Rəqəmsal modelin hesablamalarına görə, İsveç münsiflər heyətindən 248, televiziya tamaşaçılarından isə 350 xal alaraq ümumilikdə 598 xalla qalib gələcək. Lakin süni intellektin proqnozuna əsasən, Fransanın cəmi 18 xal geridə olması sürprizlər üçün açıq qapı saxlayır.
Süni intellektin bu axşamkı final üçün xal proqnozları:
Ölkə |
Münsif xalları |
Tamaşaçı xalları |
Ümumi xal |
İsveç |
248 |
350 |
598 |
Fransa |
370 |
210 |
580 |
Avstriya |
253 |
225 |
478 |
Finlandiya |
89 |
276 |
365 |
İsveçrə |
276 |
20 |
296 |
Niderland |
221 |
38 |
259 |
Albaniya |
62 |
113 |
175 |
Estoniya |
6 |
141 |
147 |
İtaliya |
79 |
62 |
141 |
Norveç |
57 |
58 |
115 |
Almaniya |
37 |
77 |
114 |
İsrail |
26 |
87 |
113 |
Yunanıstan |
73 |
39 |
112 |
Malta |
27 |
77 |
104 |
İspaniya |
41 |
53 |
94 |
Litva |
30 |
60 |
90 |
Polşa |
11 |
65 |
76 |
İslandiya |
0 |
73 |
73 |
Danimarka |
43 |
27 |
70 |
Portuqaliya |
58 |
11 |
69 |
San-Marino |
16 |
48 |
64 |
Böyük Britaniya |
37 |
21 |
58 |
Lüksemburq |
47 |
8 |
55 |
Ukrayna |
13 |
31 |
44 |
Latviya |
23 |
12 |
35 |
Ermənistan |
3 |
22 |
25 |
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ