Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn müğənni Rəqsanə İsmayılova bu dəfə sənət cameəsini silkələyəcək təkliflə çıxış edib. O, paylaşdığı videoda həm özünə, həm də xalq artisti Tacir Şahmalıoğluna rəsmi fəxri ad verilməsinin zamanının çoxdan çatdığını bildirib. İfaçının bu iddialı çıxışına münasibət öyrənmək üçün Tacir Şahmalıoğlunun özü ilə əlaqə saxladıq.
İfaçı “Yeni Sabah”a açıqlamasında Rəqsanə İsmayılovanın bu fikirlərinə münasibət bildirib:
“Öncə demək istəyirəm ki, Fazil müəllim başda olmaqla, Rəqsanə xanımın ailəsinə böyük sevgim və hörmətim var. Rəqsanə həm bir müğənni kimi, həm də insan olaraq çox gözəldir. Kasıblara, lazım olan yerlərə əl tutan xanımdır. Baxmayaraq ki, xanımdır amma ürəyi böyükdür”.
Tacir Şahmalıoğlu sənət dostuna təşəkkürünü ifadə edib:
“Açıqlamaya gəlincə isə Rəqsanə xanım həqiqət olaraq nə demək lazımdırsa, bir neçə cümlə işlədib. Həyata keçməli olanı dilinə alıb danışdı və açıq şəkildə haqqı dedi. Elə insanlar var ki, o işlər onların əlində olmağına baxmayaraq ya qorxudan, ya da başqa səbəblərdən ötrü bunu etmirlər. Rəqsanə isə mənim qohumum belə deyil, bununla belə qorxmadan həqiqəti dilinə alıb dedi. Eşq olsun! Ona böyük təşəkkürümü bildirirəm. O xanım böyük ürəyə sahibdir”.
ŞƏRHLƏRŞƏRH YAZ