İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq naziri Aşotyan özünü Avropa İttifaqının qarşısında qandalladı

Ermənistan Respublikası Partiyasının sədr müavini və sabiq Təhsil və Elm naziri Armen Aşotyan İrəvanda Avropa İttifaqı (Aİ) missiyasının binası qarşısında diqqət çəkən təkbaşına etiraz aksiyası keçirib.

Musavat.com xəbər verir ki, Aşotyan özünü dəmir barmaqlıqlara qandallayaraq, Ermənistanda həbs edilmiş şəxslərin azad olunmasını tələb edib.

Etirazçı siyasətçi bildirib ki, həbs olunan şəxslər “Azərbaycana qarşı törədilmiş hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, terrorizm və digər ağır ittihamlarla üzləşiblər”.

Aşotyan aksiyasını “haqqın bərpası və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə” keçirdiyini vurğulayıb.

Hadisə yerində olanlar bildiriblər ki, polis əməkdaşları binanın ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib və Aşotyanla danışıqlar aparmağa çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR