Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Jurnalist Ceyhun Rzayev portuqaliyalı mütəxəssisə belə müraciət edib:
"Mütləq ki, sizə təzminat verib yola salsınlar? Karyeranızda kifayət qədər pul qazanmısınız. Bəs özünüzə hörmətiniz? Özünüzə hörmətiniz yoxdur?"
Santuş isə belə cavab verib:
"İlk hissə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara bel bağlayaq. İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə onlara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi. Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?".
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ