"Air India" aviaşirkətinə məxsus təyyarə Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə Hindistanın "News18" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Londona uçan təyyarədə 250 sərnişin olub. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.
Hazırda qəza yerindən qatı tüstü qalxır. İlkin məlumatlara əsasən, təyyarə Meqaninaqar rayonunun yaxınlığında yerə çırpılıb.
İqbal RZAYEV,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ