İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda ardıcıl partlayışlar – İsrail təyyarələri şəhəri bombalayır, İran hava məkanında cavabsızdır

İranın paytaxtı Tehranda bu axşam saatlarında ardıcıl partlayışlar baş verir.

Musavat.com xəbər verir ki, bu partlayışlar İsrailin döyüş təyyarələrinin Tehrana qarşı həyata keçirdiyi yeni bombardıman dalğası ilə əlaqəlidir. Sosial şəbəkələrdə yayılan videolarda paytaxt səmasında səmaya qalxan alov dilləri və qatı tüstü görünür.

Hazırda şəhərdə panika və xaos hökm sürür, İranın hava hücumundan müdafiə sistemləri isə çöküb və fəaliyyət göstərmir. Ekspertlərin və hərbi mənbələrin bildirdiyinə görə, İsrail təyyarələri İran hava məkanında tam üstünlük əldə edib və istədiyi ərazini rahat şəkildə bombalamağa davam edir. 

İsrailin hərbi hava qüvvələri tərəfindən həyata keçirilən bu hücumlar zamanı İran heç bir döyüş təyyarəsi havaya qaldıra bilməyib. Buna səbəb kimi İranın mövcud aviasiyasının texniki cəhətdən köhnəlməsi və effektivliyini itirməsi göstərilir.

Tehran ətrafında yerləşən bir sıra strateji və hərbi obyektlərə endirilən zərbələr nəticəsində güclü partlayışlar və yanğınlar baş verib, bir neçə ərazidə dağıntılar müşahidə olunur. Hadisə ilə bağlı İran tərəfindən hələ də rəsmi açıqlama verilmir, dövlət mediası isə susqunluğunu qoruyur.

İsrailin bölgəyə qarşı həyata keçirdiyi bu intensiv hava hücumu, həm də İranın hava təhlükəsizliyinin nə qədər zəif durumda olduğunu bir daha üzə çıxarır. Hal-hazırda Tehranda vəziyyət gərgin olaraq qalır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR