Onlayn ictimai-siyasi qəzet
İranda gizlənərək Azərbaycana qarşı təxribat fəaliyyəti ilə tanınan "Hüseyniyyun" terror qruplaşması Məhərrəm ayı fonunda növbəti təxribatçı və təəssübkeş bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, təşkilatın “X” sosial şəbəkəsində yayımladığı paylaşımda deyilir:
“Biz Azərbaycan övladlarının dəyərsiz canları əziz İrana və zəmanənin Hüseyni həzrət İmam Xameneyiyə fəda olsun!”
Bu bəyanatla qruplaşma İran rejiminə sədaqətini nümayiş etdirməklə yanaşı, Azərbaycana qarşı düşmənçilik ritorikasını bir daha ortaya qoyub.
Qeyd edək ki, "Hüseyniyyun" dəfələrlə Azərbaycan dövlətçiliyinə qarşı çağırışlar, İranın regiondakı təsirini artırmaq yönündə fəaliyyətlər və radikal dini təbliğatla gündəmə gəlib.
Bu cür paylaşım və açıqlamalar, təşkilatın İranın ideoloji və siyasi maraqlarına xidmət etdiyini, eyni zamanda Azərbaycan cəmiyyətində parçalanma və nifrət toxumu səpməyə çalışdığını açıq şəkildə göstərir.
Musavat.com
12 Iyul 2025
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ