İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasiya: Parubiyin qətlində şübhəli şəxs saxlanıldı – DİN cinayətin dəhşətli təfərrüatlarını açıqladı

Musavat.com xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko sabiq Ali Rada sədri, “Euromaydan” liderlərindən biri olan Andrey Parubiyin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

Nazir bildirib ki, əməliyyat sentyabrın 1-nə keçən gecə Xmelnitski vilayətində həyata keçirilib.

Nazir Klimenkonun sözlərinə görə, Parubiyə qarşı törədilən cinayət əvvəlcədən diqqətlə hazırlanıb: mərhumun hərəkət qrafiki öyrənilib, marşrutları müəyyənləşdirilib, hətta qaçış planı belə düşünülüb. Bu isə hücumun təsadüfi deyil, planlı və peşəkar şəkildə icra edildiyini təsdiqləyir.

DİN rəhbəri qeyd edib ki, şübhəlinin axtarışına həm polis, həm də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) cəlb olunub. Onun sözlərinə görə:
“Qətldən 24 saat sonra artıq birbaşa atıcının izinə düşüldü, 36 saat ərzində isə saxlanıldı.”

Musavat.com xatırladır ki, Parubiy 2 gün əvvəl Lvivdə silahlı hücum nəticəsində qətlə yetirilmişdi. Cinayətkar kuryer geyimində ona yaxınlaşaraq 8 güllə atmış, daha sonra silahı çantasına qoyaraq elektrovelosipedlə hadisə yerindən uzaqlaşmışdı. Həkimlərin səylərinə baxmayaraq, sabiq spiker aldığı xəsarətlərdən dünyasını dəyişmişdi.

Parubiyin qətli Ukraynada həm siyasi elita, həm də ictimaiyyət arasında böyük rezonans doğurub. Analitiklər hesab edirlər ki, bu hadisə ölkədəki gərginlikləri daha da dərinləşdirə və yeni siyasi böhrana səbəb ola bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR