İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərindəki Məhəmməd Əli adına Beynəlxalq Hava Limanı yaxınlığında yük təyyarəsi qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Məlumata görə, Luisvill Beynəlxalq Hava Limanından Havay adasındakı Honolulu şəhərinə yola düşən “McDonnell Douglas MD-11” tipli yük təyyarəsi saat 17:15 radələrində havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən qəzaya uğrayıb.

Kentukki qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində yazıb  ki, qəzada azı 7 nəfər həlak olub.

İlkin məlumatlara görə, təyyarənin sol mühərriki havaya qalxdıqdan qısa müddət sonra alovlanıb. Zərbə zamanı təyyarə bir neçə binaya, yanacaq çənlərinə və yüzlərlə nəqliyyat vasitəsinə dəyib.

Hazırda qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.


Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR