İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə binanın bir hissəsi uçdu - VİDEO

Tiflisdə uçan binada faciə: Meriya xəbərdarlıq etmişdi, sakinlər razılıq verməmişdi – dağıntı bölgəsində duyğulu görüş

Musavat.com xəbər verir ki, Tiflisdə binanın bir hissəsi uçub. Uçan binanın əvvəldən qəza vəziyyətində olduğu və bərpasının mümkün sayılmadığı məlum olub. Tiflis meri Kaxa Kaladze bildirib ki, bina sakinlərinə meriya tərəfindən yenidənqurma proqramında iştirak təklif olunmuşdu. Proqrama əsasən, bina söküləcək və yerində yeni yaşayış kompleksi inşa ediləcəkdi. Lakin bunun üçün sakinlərin 100 faiz razılığı tələb olunurdu. Razılıq əldə edilmədiyindən bina olduğu kimi qalıb və nəhayət, faciə baş verib. 

Hadisə zamanı lentə alınan və sosial şəbəkələrdə geniş yayılan görüntülər isə hər kəsi duyğulandırıb. Kadrlarda bir kişinin dağıntıların baş verdiyi əraziyə daxil olmaq üçün polis səddini keçməyə çalışdığı görünür. O, həyat yoldaşının taleyindən xəbərsiz olub və onu görmək ümidi ilə təhlükəli zonaya can atıb. 

Nəhayət, kişi həyat yoldaşı ilə sağ-salamat qarşılaşdıqda duyğularına hakim ola bilməyib və ikili göz yaşları içində bir-birinə sarılıb.

Hadisə ictimaiyyətin geniş rəğbətini qazanıb və həm təhlükəsizlik tədbirlərinin önəmini, həm də insan həyatının qiymətini bir daha gündəmə gətirib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır, dağıntılar altında qalanların axtarışı davam edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR