İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə etirazçılar Prezident Sarayına BASQIN ETDİ – Gərginlik PİK HƏDDƏ - VİDEO

Tiflisdə minlərlə etirazçı şəhərin mərkəzində yerləşən Prezident Sarayına basqın etməyə cəhd göstərib. Etirazçılar Azadlıq meydanında toplaşaraq hakimiyyətin xalqa məxsus olduğunu bildiriblər.

Musavat.com xəbər verir ki, etirazçılar Gürcüstanın baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaradze, parlamentin spikeri Şalva Papuaşvili, “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili, deputat Tea Tsulukiani və Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidzenin həbsini tələb ediblər.

“Biz prezident sarayının açarlarını əldə etmək niyyətindəyik. Bu, ilk addım olacaq”, – təşkilat komitəsinin üzvü, sabiq baş prokuror Murtaz Zodelava bildirib.

Hazırda Zodelava və bir qrup fəal administrasiya binasına daxil olmağa çalışır.

Xüsusi təyinatlılar etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməyə başlayıb. Gürcüstan Daxili İşlər Nazirliyi səhər açıqlamasında etirazçıları qanuna riayət etməyə çağırıb və polisin istənilən qanun pozuntusuna cavab verəcəyini bildirib.

İctimai asayişi qorumaq məqsədilə Tiflisdə Prezident Sarayı və ətraf ərazilərdə Daxili İşlər Nazirliyinin əlavə qüvvələri səfərbər edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2025

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR