Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə eynidir) bağlanıb.
Musavat.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına görə, seçici fəallığı 33,5% təşkil edib.
Gürcülər Tiflis də daxil olmaqla, ölkənin 64 bələdiyyəsində meri və qanunverici orqanların üzvlərini seçiblər.
Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının Tiflis merliyinə namizədi Kaxa Kaladze bələdiyyə seçkilərində 77,4% səs toplayıb. “Gorbi” şirkətinin exit-poll məlumatlarını Gürcüstanın “İmedi” telekanalı dərc edib. “Güclü Gürcüstan” və “Gürcüstan üçün Qaxariya” müxalifət partiyalarının namizədi İrakli Kupradze 8,8% səslə ikinci olub. İlk üçlüyü 6,7% səslə “Girçi” libertar partiyasının namizədi Yaqo Xviçia tamamlayıb.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ