Onlayn ictimai-siyasi qəzet
Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır.
Musavat.com xəbər verir ki, "Deep State" monitorinq layihəsinin məlumatına görə, Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərinin kəsişməsində irəliləyiş əldə edib.
Məlumatda bildirilir ki, Rusiya hərbçiləri Novoivanovka və Olqovskoye, eləcə də Vişnyovoye və Ternovoye istiqamətində mövqelərini genişləndiriblər.
Ekspertlər qeyd edirlər ki, bu irəliləyişlər cəbhə xəttindəki balansı dəyişə və yaxın günlərdə yeni toqquşmalara gətirib çıxara bilər.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ