Onlayn ictimai-siyasi qəzet
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya hərbi qüvvələrinin ölkə ərazisində qalmasının Bakı ilə imzalanmış sülh sazişi ilə heç bir əlaqəsi olmadığını bildirib.
Musavat.com xəbər verir ki, XİN-in sözçüsü Ani Badalyan bu barədə "PassBlue" telekanalına açıqlama verib.
Onun sözlərinə görə, məsələ yalnız Ermənistanla Rusiya arasında ikitərəfli müqavilə çərçivəsində tənzimlənir:
“Bu, Rusiya ilə ikitərəfli müqavilə ilə müəyyən olunur, ona görə də avqustun 8-də Vaşinqtonda parafladığımız sülh sazişinə şamil edilmir”.
Badalyan bu sözləri Azərbaycanın sülh sazişindən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması məsələsinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, Ermənistan və Rusiya arasında 1992-ci il sentyabrın 30-da imzalanmış sazişə əsasən, Rusiya sərhəd qoşunları Ermənistanın Türkiyə ilə 345 km, İranla isə 45 km-lik sərhədində xidmət aparmalı idi. Lakin 2024-cü ilin yayından etibarən Moskvanın sərhədçiləri mərhələli şəkildə bütün keçid məntəqələrindən çıxarılıb və hazırda yalnız məhdud şəkildə sərhəd mühafizəsində iştirak edirlər.
İrəvan tərəfi isə hesab edir ki, bu vəziyyət Azərbaycanın sülh sazişi ilə bağlı mövqeyi və danışıqlar prosesi ilə birbaşa əlaqəli deyil.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ