İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynanın lazımından artıq silah ixrac edəcəyini bəyan edib

Növbəti il Ukraynanən raket və dron istehsalı potensialı 35 milyard dollara çatacaq.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında deyib.

“Tam miqyaslı işğalın başlamasından sonra Ukraynanın hərbi sənayesinin potensialı on qat artıb. Artıq cəbhədə istifadə etdiyimiz silahların 40%-dən çoxunu ya özümüz, ya da tərəfdaşlarımızla birgə istehsal edirik. Bizim tapşırığımız budur ki, ilin sonuna kimi cəbhədə istifadə olunan silahların ən azı 50%-i Ukrayna istehsalı oldun. Bu missiya yerinə yetiriləcək” Zelenski vurğulayıb.

Ukrayna lideri lazımından artıq olan silahların ixrac ediləcəyini və beləliklə, əldə edilən gəlirin lazım olan silahların alınmasına sərf olunacağını bildirib.

“Mən artıq hökumətə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə və prezident ofisinə ixracat sisteminin əsas komponentlərini işləyib-hazırlamaq barədə göstəriş vermişəm. Bu proqramın adı “Zbroya”-dır. Avropa, ABŞ və Yaxın Şərqdə ixracat-idxalat platformalarının yaradılması ilə bağlı razılıqlar əldə olunub. Bu platformaların il sonuna kimi fəaliyyətə keçməsi hədəflənir” Ukrayna prezidenti bəyan edib./APA 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR