İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasından “mənasız bəyanat” açıqlaması

Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının iclasında müxalif fraksiyaların təşəbbüs olaraq irəli sürdüyü “Milli böhran və dövlət idarəçiliyinin iflası haqqında bəyanat” layihəsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Alxas Kazaryan onu mənasız adlandırıb.

“Təklif edirəm ki, məzmun baxımından müzakirəyə girməyək və məsələni birbaşa qarşıdakı parlamentin 4 günlük iclasında gündəliyə çıxaraq”, - deyə o qeyd edib.

Kazaryanın sözlərinə görə, nəticə əvvəldən aydındır: komissiya hər halda mənfi rəy verəcək, müxalifət isə bu məsələni parlamentin növbəti 4 günlük iclasının gündəliyinə daxil etməyə çalışacaq.

“Siz də çox yaxşı bilirsiniz ki, təqdim etdiyiniz sənədin məzmun baxımından müzakirəsi mənasızdır. Hər halda, onun heç bir məzmunu yoxdur”, - deyə o bildirib.

Kazaryanın fikrincə, müxalifətin təqdim etdiyi qiymətləndirmələr və arqumentlər “azad üslubda yazılmış inşaya” bənzəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR