İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdəki ermənilər Paşinyana qarşı ayağa qalxdı

Gürcüstandakı erməni icmasının nümayəndələri paytaxt Tifliadə erməni apostol kilsəsinə dəstək aksiyası keçirib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Aksiyada “Gürcüstanın Erməni İcması”nın rəhbəri Artur Mirzoyan Nikol Paşinyan tərəfindən ifşa olunan İkinci Qaregini müdafiə məqsədilə keçirilən aksiyanın qətnaməsini oxuyub. Bildirilir ki, Erməni Apostol Kilsəsi sadəcə dini qurum deyil. “O, erməni kimliyinin özəyi, milli ruhun, tarixi yaddaşın və birliyin canlı təcəssümüdür. Erməni xalqının ən ağır tarixi sınaqlardan keçdiyi bu gün kilsəyə hücum erməniliyin təməllərinə zərbə vurmaq deməkdir”, qətnamədə bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR