İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çinə təzyiq göstərməkdən çəkinir — Bloomberg

ABŞ prezidenti Donald Tramp hələlik Çinə Rusiyaya verdiyi hərbi yardım səbəbindən açıq şəkildə təzyiq göstərmir.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, amerikalı və avropalı rəsmilər Tramp administrasiyasının Pekinlə münasibətlərdə başqa məsələlərə üstünlük verdiyini deyirlər. Lakin bəzi müşahidəçilər Trampın bu mövqeyini istənilən an dəyişə biləcəyini istisna etmirlər.

Agentlik qeyd edir ki, Ukrayna müharibəsi artıq ABŞ xarici siyasətində prioritet məsələlər sırasında aşağı düşməkdədir. Əgər Ağ Ev bu yanaşmanı davam etdirsə, bu, ABŞ və G7-nin indiyədək tutduğu ənənəvi mövqedən — Çini Rusiyanın əsas müttəfiqi hesab etməkdən — geri çəkilmə kimi qiymətləndirilə bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR