İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Fələstinlilərin Qəzzaya qayıtması səhv olar

Donald Tramp hesab edir ki, fələstinlilərin Qəzza zolağına geri qayıtmasına icazə verilməsi böyük səhv olar.

Musavat.com
xəbər verir ki, o, bunun HƏMAS-ın geri dönməsi riskini artıracağını bildirib.

“Fələstinlilərin, Qəzza sakinlərinin yenidən qayıtmasına icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın geri qayıtmasını istəmirik. Mən bunu böyük bir əmlak layihəsi kimi görürəm – ABŞ ona sahib olacaq və tədricən inkişaf etdirəcək. Biz Yaxın Şərqdə sabitliyi bərpa edəcəyik”, – deyə Tramp vurğulayıb.

O həmçinin Qəzza zolağının tamamilə dağıldığını qeyd edərək, bölgənin Yaxın Şərqin zəngin ölkələrinin köməyi ilə bərpa ediləcəyini əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR