İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “İran böyük bir ölkə ola bilər, amma əvvəlcə nüvə silahından imtina etməlidir”  

ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı həyata keçirdiyi hücumdan sonra ilk dəfə mövqe bildirib.

Musavat.com xəbər verir ki, Tramp açıqlamasında İranla bağlı problemin diplomatik yolla həllinə üstünlük verdiyini vurğulayıb.

“Biz hələ də İranın nüvə proqramı məsələsinin diplomatik yolla həllinə sadiqik. Mənim administrasiyam bu istiqamətdə danışıqlar aparmaq üçün göstəriş alıb. İran böyük və qüdrətli bir ölkə ola bilər, lakin bunun üçün ilk növbədə nüvə silahına sahib olmaq ümidindən tamamilə əl çəkməlidir,” – deyə Tramp qeyd edib.

O, həmçinin bu məsələyə diqqət yetirdikləri üçün ictimaiyyətə təşəkkürünü bildirib:
“Bu məsələyə göstərdiyiniz diqqətə görə sizə təşəkkür edirəm!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR