İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp kart” almaq üçün bir gecədə 15 min xarici növbəyə yazılıb – Tramp

Artıq 15 mindən çox xarici vətəndaş “Tramp kartı” almaq arzusunu açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı prezident Donald Tramp özünə məxsus Truth Social hesabında yayıb.

Qeyd edək ki, Trump Kart – Uğur kartı Trampın qərarı ilə xarici ölkə vətəndaşlarına ABŞ-da yaşayış icazəsi almaq imkanı verən qızıl vizaya bərabər sənəd kimi tətbiq ediləcək. Onun dəyəri 5 milyon dollar olacaq.

Tramp qeyd edib ki, bir gecədə kart üçün 15 mindən çox xarici alış istəyini qeydiyyata aldırıb: "Dünən gecə “Tramp kartı”na müraciət üçün vebsayt açılandan bəri 15,000-dən çox insan artıq qeydiyyatdan keçib və gözləmə siyahısına qoşulub. Bu, büdcəmizi tarazlaşdırmaq və Amerikanı gücləndirmək üçün 75 milyard dollar deməkdir".

“Tramp kart”ı tətbiqi sistemi hələ işlək deyil. Müvafiq olaraq, ABŞ hökuməti hələlik heç bir belə ödənişi qəbul etmir.

Kartla bağlı qərarı mart ayında elan edən Amerika administrasiyasının rəhbəri vurğulayıb ki, bu kartın satışından əldə edilən bütün vəsait ABŞ-ın astronomik 36 trilyon dolları keçən dövlət borcunun ödənilməsinə yönəldiləcək. Prezident bildirir ki, bu yaşayış icazəsi 5 milyon dollara satılmalıdır: "Deyək ki, biz onlardan bir milyon satırıq. Bu, 5 trilyon dollar gəlir deməkdir".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR