İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp NATO-ya şərt qoydu: Müdafiə büdcəsini artırmazsanız, ticarət şərtləri pisləşəcək

Donald Trampın komandası Avropa rəsmilərinə ABŞ-ın yeni administrasiyasının Ukraynaya yardımı davam etdirməyi planlaşdırdığını bildirib.

Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" yayıb.

Tramp NATO üzvlərinə bildirib ki, o, müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılmasını gözləyir. Bu perspektiv Avropada narahatlıq yaradıb, çünki bir çox ölkələr üçün hazırkı 2%-lik ödənişlər belə çətinliklə qarşılanır.

Məlumatlı mənbələr Trampın bu tələbi 3,5%-ə qədər endirməsi ehtimalını da qeyd ediblər. Həmçinin, müdafiə xərclərini artıran ölkələrə ABŞ ilə daha əlverişli ticarət şərtləri təklif ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR