Onlayn ictimai-siyasi qəzet
Koreya Respublikası səhiyyə, təhsil və infrastruktur kimi sahələrdə Ukraynaya kömək etmək üçün yeni yollar axtarır.
Musavat.com xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib:
“Koreya Ukraynaya enerji, infrastruktur, səhiyyə və təhsil kimi sahələrdə dəstək verib və əlavə tədbirləri nəzərdən keçirməyə davam edəcək”.
O, atəşkəsə çağırıb və bəyan edib ki, Seul suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan etibarlı və davamlı sülhün təmin edilməsi səylərini dəstəkləyir.
Yonhap Xəbər Agentliyi daha əvvəl bildirmişdi ki, Ukrayna Cənubi Koreya fondundan güzəştli kreditlər hesabına 20 Cənubi Koreya elektrik qatarı almağı düşünür.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ