Onlayn ictimai-siyasi qəzet
Başqırdıstanda yerləşən “Qazprom Neftexim Salavat” neft-kimya kompleksinə yenidən dron hücumu həyata keçirilib. Zavod Ukrayna sərhədindən təxminən 1400 km uzaqlıqda yerləşir.
Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
“Astra” Telegram kanalı bildirir ki, yerli sakinlər yüksək partlayış səsləri barədə məlumat yayıblar.
Məlumata görə, UTX-nin uzaq mənzilli dronları zavodun əsas emal qurğusu ELOU-AVT-4 blokunu vurub. Bu qurğu nefti əvvəlcə su və duzlardan təmizləyir, sonra isə benzin, dizel, kerosin və mazuta çevirir.
Qeyd edək ki, Salavat şəhərində yerləşən “Qazprom Neftexim Salavat” Rusiya neft-kimya sənayesinin ən böyük komplekslərindən biridir. Zavod benzin, dizel, mazut, bitum, polietilen daxil olmaqla 150-dən çox məhsul istehsal edir.
Xatırladaq ki, 2025-ci ilin yayından Ukrayna Rusiyanın neft emalı zavodlarına və boru kəmərlərinə zərbələr endirməyə davam edir.
Ukrayna artıq Rusiyanın neft emalı gücünün təxminən 20%-ni sıradan çıxarıb, bu isə ölkənin bir sıra regionlarında yanacaq böhranına səbəb olub.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ