İnsanlara hürriyət, millətlərə istiqlal!

Mansur Piriyev vəzifəsindən azad edildi,yerinə o gəldi

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev vəzifəsindən azad edilib.

Musavat.com bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayıb.

Digər əmrlə, Mansur Piriyev agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.

Həmin şöbənin müdir müavini və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub. O, uzun illər televiziya sahəsində fəaliyyət göstərib. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də İnformasiya Proqramları redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" da baş direktorun katibliyində PR və KSM layihələr icra edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR