İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi çağırış ilboyu olacaq

Rusiya Federasiyası Dövlət Dumasının deputatları plenar iclasda bütün təqvim ili ərzində təcili xidmətə çağırılma imkanını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, sənəd parlamentə 2025-ci il iyulun 22-də Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov tərəfindən təqdim edilib.

Yeniliklər bütün təqvim ili ərzində tibbi müayinə, peşəkar psixoloji seçim və çağırış komissiyasının iclaslarının keçirilməsini nəzərdə tutur. Eyni zamanda sənəddə qeyd olunur ki, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması ildə iki dəfə - aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək həyata keçiriləcək.

Qeyd edək ki, Rusiyanın Ukrayna cəbhəsində verdiyi itkilər ölkə rəhbərliyini bu kimi tədbirlər görməyə vadar edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR