Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Duması müddətli hərbi xidmətə bütün il boyu çağırış barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.
Musavat.com bu barədə “Kommersant” məlumat yayıb.
Qanun layihəsini parlamentə təqdim edənlər Duma Müdafiə Komitəsinin sədri Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov olublar.
Yeni dəyişikliklərə görə, tibbi müayinələr, peşə psixoloji seçim və çağırış komissiyasının iclasları il boyu fasiləsiz keçiriləcək.
Buna baxmayaraq, çağırışçıların hərbi xidmətə göndərilməsi yalnız ildə iki dəfə baş tutacaq: 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ