Onlayn ictimai-siyasi qəzet
Rusiya həbsxanasında şübhəli şəkildə dünyasını dəyişən müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya “Vahid Rusiya” Partiyasına qarşı mübarizə ilini mübarizə elan edib.
Musavat.com xəbər verir ki, bu barədə o, xüsusi müraciət yayımlayıb.
Yuliya Navalnayanın sözlərinə görə, əsas məqsəd qarşıdan gələn Dövlət Duması seçkilərinə hazırlıq görmək və hakim partiyanın səs toplamasına imkan verməməkdir.
Navalnaya mübarizənin hansı üsullarla aparılacağını dəqiqləşdirməyib. O, yalnız seçkiqabağı təşviqatda əsas diqqətin gündəlik sosial-məişət problemlərinə – xüsusilə qiymət artımına yönəldiləcəyini bildirib. Bununla yanaşı, müsbət proqramın hələ hazırlanmadığını, yaxın zamanda təqdim ediləcəyini qeyd edib.
Xatırladaq ki, bu ilin iyun ayında vaxtilə Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru Leonid Volkov təşkilatın “Vahid Rusiya” namizədlərinin seçilməsinin qarşısını almaq niyyətində olduğunu bəyan etmişdi. Lakin onun sözlərinə rəğmən, Kursk və Sverdlovsk vilayətlərində, həmçinin Komi Respublikasında hakim partiyanın bütün namizədləri seçkilərdə qalib gəlmişdi.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ