İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli niyə oynamır? - Səbəbi bəlli oldu

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern" klubunun heyətinə düşə bilmir.

Komandanın baş məşqçisi Torsten Liberknext bunu belə əsaslandırıb:

“Mən həmişə yaxşı çıxışı mükafatlandırmaq istəyirəm. Hazırda Mahirin mütləq oynamalı olduğunu düşünmədim. Komanda hazırda bir dinamika tutub. Belə hallarda arxa planda qalmalı və heyətə qayıtmaq üçün çalışmalısan”.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Xəbərdə eyni zamanda bunlar da qeyd edilib:

"Emreli daha öncə əvvəlki klubu "Nürnberq"də də oxşar problemlər yaşamış, komandada bir qədər təcrid olunmuş vəziyyətdə idi. İndi isə bu vəziyyətə sosial mediada yayımladığı üstüörtülü mesajlarla reaksiya verir".

Qeyd edək ki, "Kayzerslautern" hazırda 12 xalla Bundesliqa 2-də liderin 1 xal gerisində 2-cidir./Offsideplus.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR