İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailin gizli sənədlərini ələ keçirdi – nüvə və hərbi obyektlər ifşa olundu

Musavat.com xəbər verir ki, İran xüsusi xidmət orqanlarının İsrailə dair gizli sənədləri ələ keçirdiyi açıqlanıb. Rəsmi məlumatlara görə, söhbət İsrailin nüvə və hərbi mərkəzlərinə, həmçinin həmin obyektlərdə çalışan alim və hərbçilərin adlarına dair məlumatlardan gedir.

İran hakimiyyəti bu kəşfiyyat əməliyyatını böyük uğur kimi qiymətləndirərək, əldə edilən sənədlərin ölkənin təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirib. Hadisə regionda artan gərginlik fonunda baş verir və müşahidəçilərin fikrincə, bu açıqlama İsrail-İran qarşıdurmasını daha da kəskinləşdirə bilər.

Xatırladaq ki, iyun ayındakı bombardımandan əvvəl də İran kəşfiyyatı oxşar məlumat yaymış, İsrailin olduqca məxfi sənədlərini ələ keçirdiyini bildirmişdi. Həmin açıqlamadan bir neçə gün sonra isə Tehran başda olmaqla İranın bütün şəhərləri 12 gün ərzində ağır bombardmana məruz qalmış və ölkə faktiki olaraq müharibəyə sürüklənmişdi.

İndi isə iddialar var ki, 7 oktyabr tarixinə qədər, bəlkə də elə həmin gün – iki il əvvəl İsrailə hücumun ildönümündə – İsrail İranı yenidən vura bilər. Musavat.com olaraq qeyd edirik ki, İsrail–İran münasibətləri səngimək əvəzinə daha da kəskinləşir və yeni toqquşmanın işartıları görünür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR